SN: Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlar 17-18 yaşına qədər həkim nəzarəti altında olmalıdır

Gündəm

23 Yanvar 2023 | 12:33

1569 dəfə oxunub

Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalqda arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdi. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur.

REYD xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev bildirib. Onun sözlərinə görə, səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi:

“Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlər rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır.

Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır.

Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır.

Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec isə nitqdə pozulmalara gətirib çıxardır”.

Üz skeleti sümüklərinin inkişafdan qalmasının üzdə müxtəlif deformasiyalara səbəb olması barədə danışan həkim qeyd edib ki, bu, qida qəbulu pozulmasına gətirən dişləmin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntulardı:

“Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər. Bu əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən “ortoqnatik cərrahiyyə” adlanır və cərrahla ortodontun müştərək məsulu olmalıdır. Bu zaman pasient ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müalicənin lazımlığının olub olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlanmış olduqda aparılır.

Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmli texnologiyaları tədbiq etmədən bu əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz.

Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, olmur”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023