Səudiyyə Ərəbistanı millisinin futbolçusunun çənəsi sınıb

İDMAN

23 Noyabr 2022 | 10:48

1692 dəfə oxunub

Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

REYD-in məlumatına görə, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

Qeyd edək ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023