Şəmkir rayonunda avtomobil qəzası baş verib.
Hadisə Qasımalılar kəndində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanın olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.