Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, 6 nəfər xəsarət alıb

HADİSƏ

26 Noyabr 2022 | 14:49

1648 dəfə oxunub

Şəmkir rayonunda yol qəzası baş verib.

REYD-in yerli bürosu xəbər verir ki, qəza rayonun 5-ci küçəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu ilə "Mersedec " markalı minik maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunda olan 6 nəfər - 1965-ci il təvəllüdlü Cümşüd Mustafayev, 1995-ci il təvəllüdlü Eşqin Məmmədov, 1981-ci il təvəllüdlü Nazilə Eminova, 1959-cu il təvəllüdlü Əli Quliyev, 1959-cu il təvəllüdlü Xədicə Abdullayeva və 1959-cu il təvəllüdlü Nüşabə Qasımova xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəlib, sərnişinlərdən 6 nəfəri xəstəxanaya aparılıb, onlardan ciddi bədən xəsarəti yoxdur, ilkin tibbi yardımdan sonra evə buraxılacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023