Şəhidin doğum günü qeyd olunub

İDMAN

08 Avqust 2022 | 20:08

2779 dəfə oxunub

Neftçala rayonunun Şorkənd kəndinin Vətən müharibəsi şəhidi Cəfərov Cəlil Sulduz oğlunun 24-cü doğum günü qeyd olunub.

Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, din xadimləri və qazilər iştirak edib.

İlk öncə şəhid Cəfərov Cəlilin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri görüşən Neftçala RİH başçısı Mirhəsən Seyidov ailənin sosial vəziyyətləri, qayğıları, məişət məsələləri ilə maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışan RİH-nin başçısı, Cəlil və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunmasını qeyd edib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid Cəfərov Cəlil Sulduz oğlu 8 avqust 1998-ci il Neftçala rayonu Şorkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 19-da Neftçala rayonu Şorkənd kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalları ilə Cəlil Cəfərov ölümündən sonra təltif edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023