Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunandan sonra Qazaxıstana gedən Rusiya vətəndaşlarının sayı açıqlanıb.
REYD xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan daxili işlə naziri Marat Axmetjanov bildirib.Onun sözlərinə görə, sentyabrın 21-dən ölkəyə 200 minə yaxın Rusiya vətəndaşı daxil olub və bu müddət ərzində 147 min nəfər Qazaxıstandan çıxıb.