Səbaildə tarixi bina və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə davam edir - FOTO

Gündəm

21 Oktyabr 2021 | 14:32

2997 dəfə oxunub

Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunun mərkəzi hissəsində yerləşən İstiqlaliyyət, R.Rza, Y.Məmmədəliyev, Z.Tağıyev, T.Əliyarbəyov, Ə.Əlizadə, M.Ə.Rəsulzadə, M.Əfəndiyev, Ə.Cavad küçələrində 19-20-ci əsrlərin tarixi binaları və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmadan quraşdırılmış ictimai iaşə obyektlərinə məxsus havalandırma boruları sökülür.

Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə qeyd olunan binalar və memarlıq abidələri əvvəlki vəziyyətinə qaytarılır.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanlarda fəaliyyət göstərən sahibkarlarla müasir tələblərə cavab verən havalandırma sistemlərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır. Tarixi binalar və memarlıq abidələri üzərində müvafiq qurumların icazəsi olmadan konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin və daşların korlanmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023