“Sampdoriya”nın baş məşqçisi istefaya göndərilib

İDMAN

17 Yanvar 2022 | 14:23

2196 dəfə oxunub

İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Sampdoriya”nın mətbuat xidməti Roberto Daversanın istefasını açıqlayıb.2021-ci ilin yayından Genuya təmsilçisinə rəhbərlik edən 46 yaşlı mütəxəssis mövsümü başa çatdıra bilməyib. Buna komandanın uğursuz nəticələri səbəb olub.

“Sampdoriya” A seriyasının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Genuyalılar son üç matçda uduzublar.

Qeyd edək ki, klubun yeni baş məşqçisi hələ müəyyənləşməyib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023