Şamaxıda minik avtomobilləri toqquşub, yaralılar var

HADİSƏ

21 May 2022 | 11:46

2407 dəfə oxunub

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD xəbər verir ki, Şamaxı-Padarçöl yolunda 77-FC-147 dövlət nömrə nişanlı "Daewo" və 10-FC-755 dövlət nömrə nişanlı "QAZ 3110" markalı minik avtomobilləri toqquşub.

Nəticədə Şamaxı sakinləri - 1995-ci il təvəllüdlü Rəfiyev Vüsal Natiq oğlu, 1987-ci il təvəllüdlü Vəliyev İntiqam Adıgözəl oğlu və 1995-ci il təvəllüdlü Həmidov Ağa Feyruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023