Şabran rayonunda dəm qazından boğulma faktı qeydə alınıb.
REYD-in şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçikənd kəndində baş verib. Kənd sakini, 55 yaşlı Rəsmiyyə Əhmədova yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə tapılıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.