Sabirabadda evdən 10 min dollar, 12 min manatlıq qızıl oğurlanıb

CƏMİYYƏT

24 Mart 2023 | 10:31

1560 dəfə oxunub

Sabirabadda bir ay əvvəl evdən oğurluq edən şəxs tutulub.

DİN-dən REYD-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023