Sabiq MTN polkovnikinə 5 il 6 ay həbs cəzası verilib

ÖLKƏ

24 Iyun 2022 | 16:28

2601 dəfə oxunub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir rayonlarının sabiq rəisi, polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

REYD xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bahadır Qocayev 5 il 6 ay azadlıqdan mərhum edilib.

Xatırladaq ki, Bahadır Qocayev özgənin 70 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib.

Bahadır Qocayev əvvəllər MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Sonradan 2016-cı ildə isə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib, bir müddət sonra vəzifəsindən olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023