Sabahın hava proqnozu

ÖLKƏ

07 Iyun 2022 | 13:25

2472 dəfə oxunub

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda qısamüddətə fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023