Sabahın hava proqnozu

ÖLKƏ

06 Iyun 2022 | 12:29

309 dəfə oxunub

İyunun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yagmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.



SON XƏBƏRLƏR

27 Iyun 2022
25 Iyun 2022
24 Iyun 2022
23 Iyun 2022
22 Iyun 2022
21 Iyun 2022
20 Iyun 2022
17 Iyun 2022
15 Iyun 2022
14 Iyun 2022