"Sabah"ın futbolçuları Azərbaycan Premyer Liqasında yubiley oyunlarına çıxıblar

İDMAN

02 Fevral 2023 | 14:18

944 dəfə oxunub

"Sabah" klubunun futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Azərbaycan Premyer Liqasında yubiley oyununa çıxıblar.

REYD Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matçda gerçəkləşib.

Onlar müvafiq olaraq 150 və 100-cü çempionat görüşünü keçiriblər. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb.

İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur Mütəllimov “Zirə”də 63 qarşılaşmada 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.

Debütü 2018/19 mövsümündə reallaşan Amin Seydiyev “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 qarşılaşmada 2 qola imza atıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023