“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqavilə imzalayıb

İDMAN

09 Iyun 2022 | 14:30

2799 dəfə oxunub

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023