Saatlıda mebel sexində 2 silah aşkarlanıb

ÖLKƏ

28 Iyul 2022 | 10:09

2328 dəfə oxunub

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Rəşad Quliyev qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində yerləşən mebel sexindən bir ədəd “TOZ 8” markalı yivli silah və bir ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.Faktla bağlı Saatlı RPŞ-də istintaq tədbirləri davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023