Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı daha bir nəfər saxlanılıb

HADİSƏ

20 Oktyabr 2021 | 13:44

2312 dəfə oxunub

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

REYD xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

1989-cu il təvəllüdlü şəxs ağır cinayətin gizlədilməsində ittiham olunur. Bu cinayətə görə 4 illik həbs cəzası nəzərdə tutulub.

Qeyd edək ki, sabiq dövlət başçısı Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onun Gürcüstana qanunsuz yollarla daxil olması ilə bağlı indiyədək 3 nəfər saxlanılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023