Rusiyada boya zavodunda yanğın başlayıb

DÜNYA

24 Mart 2023 | 11:55

404 dəfə oxunub

Rusiyanın Sverdlovsk vilayətinin Aramil şəhərindəki elmi-istehsalat kompleksində 3 min kvadratmetr sahədə yanğın başlayıb.

REYD TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, binadan 110 nəfər təxliyə edilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

Qeyd edilib ki, anbara yanar maye və qatı tüstü ilə alov yayılması təhlükəsi yanğının söndürülməsini çətinləşdirir.

Bildirilib ki, VMP tədqiqat və istehsal holdinqi sənaye istifadəsi üçün boyalar və laklar və yanğına davamlı boyalar istehsal edir. Şirkətin rəsmi saytında yer alan məlumata görə, Aramildəki istehsal kompleksi 2017-ci ildə tikilib.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023