Rusiya şirkəti Gürcüstandan 80 milyon dollar təzminat ödəməyi tələb edir

HADİSƏ

01 Dekabr 2021 | 17:24

1995 dəfə oxunub

Rusiyanın “İnter RAO” holdinqi Gürcüstan hökumətindən 80,5 milyon ABŞ dolları təzminat ödəməyi tələb edir.

Pressa xəbər verir ki, bu barədə qərarı İsçevin Stokholm Arbitraj Məhkəməsi qəbul edib.

İddiaçı Gürcüstanın milli valyutası larinin devalvasiyasına görə dəymiş zərərə görə bundan öncə 200 milyon ABŞ dolları kompensasiya tələb edib. Lakin Gürcüstan hökumətinin təqdim etdiyi arqumentlərin əsasında məhkəmə şirkətin tələbini təmin etməyib.

Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Stokholm məhkəməsinin növbəti əsaslandırılmamış qərarından şikayət artıq verilib. Qeyd olunub ki, 2014-cü ildə elektrik enerjisinə görə tariflər düzgün müəyyən edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023