Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib

DÜNYA

27 May 2023 | 10:24

1093 dəfə oxunub

Sutka ərzində Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib. Kiyev və Dnepropetrovsk hücumda 10 ədəd X-101/X-555 qanadlı raketi tətbiq edilib. Onlar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

REYD xəbər verir ki, bu barədə mayın 27-də səhər saatlarında Ukrayna Baş Qərargah məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Dneprə S-300/S-400 qurğularından 7 raket atıb, daha sonra isə “İsgəndər” raketi ilə xəstəxananı vurub.

Son sutka ərzində Rusiya ordusu “Shahed” pilotsuz təyyarələrinin köməyi ilə Ukraynaya 68 zərbə endirib.

“Təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var, Dnepr şəhərindəki tibb müəssisəsi, İzyum və Nyu-Yorkdakı təhsil ocaqları, yaşayış binaları və fərdi evlərə ziyan dəyib”, - məlumatda deyilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023