Ronaldu karyerasında 800-cü qolunu vurub

İDMAN

03 Dekabr 2021 | 10:16

445 dəfə oxunub

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu Premyer Liqanın 14-cü turunda "Arsenal"la oyunda komandasının ikinci qolunu vurub.

REYD xəbər verir ki, bu, 36 yaşlı hücumçunun karyerasında 800-cü qol olub.

Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.

Hücumçu Mançester Yunayted"ə "Yuventus"dan keçib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında 5 matçda 6 qol vurub, Premyer Liqanın 10 oyununda 4 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib. Ronaldunun müqaviləsi 2023-cü ildə başa çatacaq.



SON XƏBƏRLƏR

18 Yanvar 2022
17 Yanvar 2022
15 Yanvar 2022
14 Yanvar 2022
13 Yanvar 2022