Rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə məqsədilə tədbirlər planı hazırlanıb

Gündəm

29 Noyabr 2021 | 11:42

2295 dəfə oxunub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertlərinin də yaxından iştirakı ilə "Rəqəmsal ödənişlər sahəsində dələduzluq halları ilə mübarizə məqsədilə Tədbirlər Planı" hazırlanıb.

Pressa xəbər verir ki, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik günü" konfransında çıxış edən ABA-nın icraçı direktoru Yunus Abdulov deyib.

Onun sözlərinə görə, tədbirlər planı rəqəmsal ödənişlər sahəsində dələduzluq halları ilə mübarizə tədbirlərinin effektiv koordinasiyası, bu sahədə infrastrukturun yaradılması, effektiv kommunikasiyanın qurulması və peşəkarlığın artırılması kimi əsas istiqamətləri özündə birləşdirir.

"ABA ekspertləri beynəlxalq təcrübəni izləyir və mütəmadi müzakirələr aparırlar. Bununla yanaşı, bank əməkdaşlarının kibertəhlükəsizlik mövzusunda bilik və bacarıqlarının artırılması, xarici təcrübənin öyrənilməsi məqsədilə xarici ekspertlər cəlb edilərək silsilə seminarlar həyata keçirilir", - deyə Y. Abdulov qeyd edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023