Rəna Əkbərova Azərbaycanın 25 ən yaxşı top-meneceri sırasında

CƏMİYYƏT

05 Oktyabr 2021 | 18:49

4073 dəfə oxunub

Caspian Energy Club-un təşkil etdiyi birinci milli “CEO Award Azerbaijan” müsabiqəsi yekunlaşıb. Onlayn səsverməyə əsaslanan müsabiqədə müxtəlif biznes sahələrini təmsil edən 100-dən artıq yerli və xarici top-menecer iştirak edib.

REYD xəbər verir ki, müsabiqənin əsas məqsədlərindən biri biznes simalarını cəmiyyətə tanıtmaq, onların fəaliyyəti haqqında bilgi vermək idi. Nəticəyə əsasən 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri qalib elan edilib. Qaliblər 13 mindən artıq səsverənin iştirakı ilə 100-dən çox namizəd arasından seçiliblər.

Azərbaycan mediasında özünə məxsus yeri olan SalamNews İnformasiya Agentliyinin direktoru Rəna Əkbərova da qaliblər sırasında yer alıb. Rəna Əkbərova 25 ən tanınmış top-mencer arasından üçüncü yeri tutub.

Xatırladaq ki, Rəna Əkbərova eyni zamanda "Beynəlxalq sülhməramlı səfir" kimi də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, SalamNews İnformasiya Agentliyi 16 noyabr 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb. Saytda açıq rejimli internetdə Azərbaycan  və rus dillərində xəbərlər dərc edilir. Agentliyin saytında infoqrafika bölməsi fəaliyyət göstərir. Qısa zaman ərzində agentlik reklam verənlərin diqqətini qazanıb ki, bu da onun populyarlığının sübutudur. Agentliyin kollektivi – peşəkar reportyor, tərcüməçi və redaktor heyəti hər gün ölkədə və xaricdə olan hadisələri izləyirlər və saytın izləyicilərinə dünyada baş verənlər barədə operativ və obyektiv mənzərə təqdim edirlər.

Agentliyin dərc etdiyi məlumatlar baradə xəbərdar olmaq üçün rəsmi internet səhifəsini (www.salamnews.org) və sosial media hesablarını izləyə bilərsiniz.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023