“Real”ının futbolçusu “Qalatasaray”a keçə bilər

İDMAN

04 Dekabr 2021 | 13:15

2413 dəfə oxunub

İspaniya “Real”ının futbolçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 63 milyon avroya transfer olunan, lakin ümidləri doğrultmayan serbiyalı hücumçu “Qalatasaray”ın hədəfindədir.

Qış transfer pəncərəsində hücumçu almağı planlaşdıran İstanbul klubu Lukanı heyətinə qatmaq niyyətindədir. 23 yaşlı forvard artıq instaqramda da “Qalatasaray”ın səhifəsini izləməyə başlayıb.

Qeyd edək ki, cari mövsüm La Liqada 71, Çempionlar Liqasında 35 dəqiqə şans qazanan Yoviç qola həsrətdir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023