Qurban Qurbanov dünya reytinqində mövqeyini qoruyub

İDMAN

20 Mart 2023 | 14:48

308 dəfə oxunub

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

REYD-in məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı çalışdırıcısının da yeri dəyişməz qalıb. O, 1627 xalla 175-ci yerdədir.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) da ilk “üçlük”də qərarlaşıb.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023