Qubadlıda 2 tondan artıq çətənə bitkisi yandırılıb

HADİSƏ

20 Iyun 2022 | 10:58

2418 dəfə oxunub

Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023