Qubada tanışını döyərək öldürən şəxsin məhkəməsi başlayır

HADİSƏ

02 Dekabr 2021 | 10:31

2533 dəfə oxunub

Bu il avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış oldığı xəsarətlər nəticəsində Qusar rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Quba rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, 23.08.2021-ci il tarixdə saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əziziov avqustun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Toplanmış kifayət qədər sübutlar əsasında Şöhrət Mursəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023