Qonşusunu ana söyüşünə görə öldürən yeniyetmənin istintaqı başa çatıb

Gündəm

14 Sentyabr 2021 | 09:17

2274 dəfə oxunub

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REYD xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Qədimov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Qədimovu boğazından vurub. E.Qədimov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Qədimovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023