Qohumunu öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

HADİSƏ

29 Sentyabr 2023 | 15:32

354 dəfə oxunub

Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib.

Saatlı rayon prokurorluğundan REYD-ə verilən məlumata görə, iyunun 4-də 1978-ci il təvəllüdlü Elşad İsmayılovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin qeyd edilən tarixdə Saatlı şəhərində yerləşən yaşadığı evdə qohumu Elşad İsmayılovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Nərimanzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023