Qış Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verilib

İDMAN

19 Oktyabr 2021 | 17:26

2447 dəfə oxunub

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yarışın təşkilatçılarına təhvil verilib.

REYD-in məlumatına görə, tədbir Yunanıstanın tarixi "Panatinaikos" stadionunda baş tutub.

Mərasim koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

Tədbirdə Yunanıstanın prezidenti Katerina Sakellaropulu, Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos, Pekin-2022 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədr müavini, Çinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yay Tszaytsin və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda keçiriləcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023