"Qırmızı Kitab”ın üçüncü nəşri təqdim edilib

ÖLKƏ

23 May 2023 | 16:36

96 dəfə oxunub

"Qırmızı kitab"ın III nəşri təqdim edilir.

REYD xəbər verir ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinin təqdimatı keçirilir.

İki cilddə olan "Qırmızı Kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 all sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023