Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

DÜNYA

26 Noyabr 2021 | 14:16

2052 dəfə oxunub

Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

REYD-in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn parlament seçkilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən işlər zamanı bir qrup şəxsin ölkədə seçkilərdən dərhal sonra hakimiyyətin zorakılıqla ələ keçirilməsi ilə nəticələnə biləcək, ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribatlar təşkil etməyi planlaşdırması barədə məlumat əldə edilib”, - Dövlət Komitəsinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, bu qrupa parlamentin sabiq deputatları və keçmiş yüksək rütbəli məmurlar rəhbərlik ediblər: “Onlar Bişkekdə kütləvi etiraz aksiyaları təşkil etməyi planlaşdırıblar və seçkilərdə məğlub olmuş siyasi qüvvələrin dəstəyinə arxalanıblar. Bunun üçün həmin qrup təxminən min nəfər aqressiv əhval-ruhiyyədə olan gənci toplayıb”.

Qeyd olunub ki, qrup üzvləri kütləvi iğtişaşların törədilməsi, ölkədə hakimiyyətin zorla ələ keçirilməsi istiqamətində sistemli görüşlər keçirilib.

Qrupun aktiv üzvlərinin yaşadıqları ünvanda və icarəyə götürdükləri ofisdə aparılan axtarış zamanı onların cinayət törətməyə hazırlaşdıqlarını təsdiqləyən sənədli materiallar, eyni zamanda, odlu silah, döyüş sursatı və narkotik vasitələr aşkarlanıb.

Nəticədə qrupun 15-dən çox fəal üzvü saxlanılıb.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri 2020-ci ilin oktyabrında keçirilib. Bundan sonra ölkədə kütləvi iğtişaşlar baş verib. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini ləğv edib, Prezident Sooronbay Jeenbekov isə istefa verib. Yeni seçkiləri isə noyabrın 28-nə təyin olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023