Qəzetlərdə aşkarlanan dil qüsurları açıqlanıb

ÖLKƏ

25 Noyabr 2022 | 11:29

1698 dəfə oxunub

Ölkə ərazisində nəşr olunan 7 qəzetdə aparılmış dil monitorinqinin nəticələri açıqlanıb.

REYD xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva məlumat verib.O bildirib ki, monitorinq zamanı aşkarlanan 2500 dil faktından 1769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib.

"Monitorinq 1 aylıq dövrü əhatə edib. Monitorinqlər "Azərbaycan müəllimi", "Yeni Azərbaycan", "Mədəniyyət", "Səs", "Şərq", "Tibb", "Elm" qəzetlərində aparılıb. Aşkar edilmiş nöqsanlar daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunub" - deyə o qeyd edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023