Qaxda göbələkdən zəhərlənən 2 uşaq ölüb

HADİSƏ

20 Oktyabr 2021 | 10:00

2402 dəfə oxunub

Qaxda bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənib.

REYD xəbər verir ki, hadisə rayonun Tasmaslı kəndində qeydə alınıb.

Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən xəstələnmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023