Qaxda 50 yaşlı kişi intihar edib

HADİSƏ

23 May 2023 | 15:06

97 dəfə oxunub

Qax rayonunda intihar hadisəsi qeydə alınıb.

REYD-in Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax şəhərində baş verib.

Qax şəhər sakini, 1973-cü il təvəllüdlü Habil Məhərrəm oğlu Faxrətov özünü yaşadığı ünvanda ağacdan asaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023