Qaradağda “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirildi

ÖLKƏ

14 Iyun 2022 | 10:54

2751 dəfə oxunub

İyunun 13-də Qaradağda 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib. 

Qaradağ Rayon İcra Hakimiyyətindən REYD verilən xəbərə görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Süleyman Mikayılov, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edən S. Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. O bildirib ki, 29 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu.

Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı.

Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.

Sonda S. Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında iştirakına, mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup rayon ictimaiyyət nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023