“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

İDMAN

05 Oktyabr 2022 | 16:44

1761 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” baş məşqçisini itirib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin çalışdırıcısı Kristian Ştrayx koronavirusa yoluxub.Tibbi testlərin ardından 57 yaşlı mütəxəssisin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən karantinə alınan almaniyalı Avropa Liqasının III turunda “Nant”la sabah keçiriləcək görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasının ilk iki turunda “Qarabağ”a 2:1, “Olimpiakos”a isə 3:0 hesabı ilə qalib gəlib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023