"Qarabağ"ın rəqibi argentinalı hücumçunu göndərir

İDMAN

17 Yanvar 2022 | 13:20

2653 dəfə oxunub

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i futbolçusu Dario Benedetto ilə yollarını ayıracaq.

Report "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" klubuna qayıdacaq.

Argentina təmsilçisi Benedettonun keçidi üçün artıq "Marsel"lə razılığa gəlib.

Dario Benedetto 2021-ci ildə icarə əsasında İspaniyanın "Elçe" klubunda çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023