"Qarabağ" qapıçı transferini açıqlayıb

İDMAN

12 Yanvar 2022 | 14:21

3372 dəfə oxunub

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə cəlb edib.

REYD xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə transferi açıqlayıb.

23 yaşlı qolkiper Polşanın “Yagelloniya” klubundan transfer olunub. Yeni komandasında 23 nömrəli formanı geyinəcək Quqeşaşvilinin müqavilə detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023