“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” və “Qəbələ” irəliləyib

İDMAN

08 Iyun 2022 | 11:59

2266 dəfə oxunub

Avropanın top komandalarının iyun reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir.

Qurban Qurbanovun yetirmələri 183 xala malikdir. Ağdam klubu 80-ci yerdəki mövqeyini qoruyub.

“Neftçi” 3 pilləlik irəliləyişə nail olub. Samir Abasovun komandası 33 xalla qitədə 214-cüdür. İki addım yüksələn “Qəbələ” 5 xalla 370-ci sırada qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2211 xala malik “Real” başçılıq edir. “Bavariya”nın 1695, “Liverpul”un 1645 xalı var.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023