“Qarabağ” Almeyda ilə müqavilənin müddətini uzadıb

İDMAN

30 May 2023 | 14:53

425 dəfə oxunub

“Qarabağ” futbolçulardan biri ilə müqavilə müddətini uzadıb.

REYD-in məlumatına görə, Ağdam klubu Riçard Almeydanı heyətində saxlayıb.

Azərbaycan millisində karyerasını başa vuran Braziliya əsilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Tərəflər 1 illik anlaşıb. 34 yaşlı futbolçu 2024-cü ilin yayına qədər Azərbaycan çempionunun formasını geyinəcək.

Qeyd edək ki, Riçard 2012-ci ildən fasilələrlə “Qarabağ”da çıxış edir. O, bu müddətdə “Astana”, “Bani Yas” və “Zirə”də də forma geyinib.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023