Qanunsuz çıxarılmış 43 nəfər əvvəlki işlərinə bərpa edilib

HADİSƏ

14 Iyun 2022 | 10:21

2447 dəfə oxunub

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bu barədə Nazirlikdən xəbər verilib. Bildirilib ki, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar.Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Həmçinin işəgötürənlər tərəfindən 420 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsait də işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023