Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

ÖLKƏ

09 Iyun 2022 | 12:12

2559 dəfə oxunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında və Yenikənd su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

REYD xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Adil Ağayev və Şəmkir rayon sakini Nihad Ağayev olduğu müəyyən edilib.

“Faktlarla bağlı bir qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb, bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilməsi üçün hazırlanır”.

Bəhruz Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 820 metr uzunluğunda sintetik tor yığışdırılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023