“Qalatasaray” bir futbolçu ilə vidalaşır

İDMAN

19 Yanvar 2022 | 17:03

2992 dəfə oxunub

“Qalatasaray” bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu yarımmüdafiəçi Qustavo Assunçao ilə vidalaşır.

“Cim-bom” mövsümün əvvəlində “Famalikao”dan 100 min avro qarşılığında birillik icarəyə götürdüyü braziliyalı oyunçunun sözləşməsinə xitam verəcək. Türkiyə mətbuatında yayılan məlumata görə, “sarı-qırmızılılar” 22 yaşlı orta sahə oyunçusu ilə yollarını ayırdığını bu gün açıqlayacaq.

Qeyd edək ki, Qustavo Assunçao bu mövsüm “Qalatasaray”ın heyətində cəmi 2 oyun keçirib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023