Psixoloji yardım layihəsi başa çatıb

ÖLKƏ

07 May 2022 | 12:46

2659 dəfə oxunub

Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım layihəsi öz işini yekunlaşdırıb.

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Gənc Psixoloqlar” İctimai Birliyi Ağdam rayonunun kənd və qəsəbələrində yaşayan əhali üçün Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım layihəsi başa çatıb. Layihə çərçivəsində vətən müharibəsi zamanı müharibənin gedişatını öz gözləri ilə görən və şahidi olan 300-dən çox qadına psixi sağlamlıqlarında yaranan çətinliklərlə mübarizə texnikaları haqqında ətraflı məlumat verilib, onlarla qrup və fərdi görüşlər təşkil olunub.
Qeyd edək ki, 3 ay müddətində həyata keçirilən layihə Ağdam rayonunun 25 kənd və qəsəbəsində həyata keçirilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023