Prokuror anasını öldürən yeniyetməyə cəza istəyib

ÖLKƏ

24 Yanvar 2023 | 16:57

299 dəfə oxunub

Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 16 yaşlı İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

REYD xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror İdeal Məmmədzadənin verilmiş ittihamla təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

Rəsmi məlumata görə, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin 2007-ci il təvəllüdlü oğlunun qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

 

 



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023