Prezidentin tapşırığına əsasən, FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşəcək

ÖLKƏ

23 Iyun 2022 | 15:31

2550 dəfə oxunub

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

REYD Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023