Prezident İranda Səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxsləri təltif edib

ÖLKƏ

03 Fevral 2023 | 15:40

1005 dəfə oxunub

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

REYD xəbər verir ki, Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023