Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 906 yoluxma halı qeydə alınıb.
REYD-in “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 256 554 nəfərə çatıb.
Son sutka ərzində Ermənistanda COVID-19-dan 16 ölüm halı qeydə alınıb, bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5216 nəfərə çatıb.